Biraz bundan əvvəl İngiltərəli bir ailə uşaqlarının 57 saniyəlik bir videosunu paylaşdı və sadəcə bu video sayəsində 200 000 dollar pul qazandı. Bunu siz də bacara bilərsiniz. Youtube-a videolar yükləyərək istədiyiniz məbləğləri qazana bilərsiniz. Yetər ki, buna istəyiniz olsun. Youtube-dan bir neçə üsulla qazanc əldə etmək mümkündür. Həm hər baxılan videoya görə, həm videoda olan adsense reklamlarından, həm də ki, özünüz videoda yerləşdirdiyiniz xüsusi reklamlara görə qazanc əldə edə bilərsiniz. Qısası youtube-a ortaq olaraq youtube-dan pul qazana bilərsiniz. Lakin bütün bunların hamısını düzgün, qaydasında və ən əsası isə videoların seosunu etmək lazımdır. Bunları etmədən yüksək nəticələr əldə etmək mümkün deyildir. Axtarış sistemlərində youtube-dan pul qazanmaq haqqında informasiyalar axtardıqda qarşımıza çıxan məlumatlar bizi qane etmir, çünki tam-başdan ayağa, sıfırdan başlayaraq hər şeyi izah edən bir mənbə tapılmır. Bu kursda isə youtube-dan yüksək məbləğlərdə pul qazanmaq üçün lazım olan hər şey sıfırdan başlayaraq ətraflı şəkildə izah olunmuşdur.